Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

08:55

Abşeronda anbarda güclü yanğın baş verib.

Bu barədə Publika.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm