44 milyon manatlıq əmlakın üzərinə həbs qoyuldu
Bizi izləyin

Nida Xəbər

44 milyon manatlıq əmlakın üzərinə həbs qoyuldu

Cari il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə milyon 44 milyon manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

Bildirilib ki, aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar üzrə vurulmuş maddi ziyandan 22 milyon 860 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 411 min manat vəsaitin ödənilməsinə nail olunub.

Eləcə də 44 milyon 384 min manat dəyərində qiymətləndirilən əmlakın üzərinə həbs qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm