Azərbaycanda orduya çağırış başladı
Bizi izləyin

Sosial

Azərbaycanda orduya çağırış başladı

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Publika.az xəbər verir ki, 2007-ci ildə doğulan və çağırış gününədək 18 yaşı tamam olan, habelə 1995-2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Çağırış oktyabrın 30-dək davam edəcək.

Habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev avqust ayının 29-da Azərbaycan vətəndaşlarının 2025-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm