Sosial
Məktəbli avtobusları fəaliyyətə başladı
Bu gündən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başlanılır.
Publika.az xəbər verir ki, bu barədə "2 school" startap şirkətindən məlumat verilib.
Bildirilib ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə "2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.
Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.
Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.
Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.
-
İqtisadi gündəm20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...
-
Avropa16:35Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər
-
Nida Təhlil 16:08Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
-
Magazin115:16"Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"
















.jpg)



















