Nida Xəbər
Bu ölkə Azərbaycanda səfirlik açacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.
Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR




































