Mirzoyandan dəhliz açıqlaması: Biz Azərbaycan dəmir yoluna, bütün sistemə çıxış əldə edirik
Bizi izləyin

Nida Xəbər

Mirzoyandan dəhliz açıqlaması: Biz Azərbaycan dəmir yoluna, bütün sistemə çıxış əldə edirik

“Dəhliz yoxdur. TRIPP var – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”. Bu marşrut boyunca yerləşən ərazi və infrastruktur üzərində bütün suverenlik və milli yurisdiksiya atributları Azərbaycan və ABŞ tərəfindən tanınır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW telekanalına müsahibəsində bildirib.

“Beləliklə, bizim torpağımızda heç bir əlavə ekstraterritorial dəhliz yoxdur.

Bilmək də vacibdir: biz təkcə bu keçiddən deyil, Azərbaycanın materik hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdən danışırıq. Müqavilə iki ölkə arasında bütün nəqliyyat əlaqələrinin və infrastrukturun blokdan çıxarılmasını tələb edir.

Beləliklə, məsələn, biz Azərbaycan dəmir yoluna, bütün sistemə, bütün zəncirə çıxış əldə edirik. Azərbaycan bizim dəmiryolumuza çıxış əldə edir. Hər şey adi qonşularla olduğu kimidir.

Biz bir-birimizin ərazisindən keçə biləcəyik. Belə də olacaq. Bu barədə razılaşdıq. İdarəetməni erməni-amerikan konsorsiumu həyata keçirməlidir. O, təbii ki, xidmət göstərmək üçün subpodratçıları işə götürə bilər. Və bu şirkətlər qarşılıqlı razılaşma əsasında seçilməlidir", - deyə Ararat Mirzoyan bildirib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, potensial olaraq seçiləcək şirkət Ermənistan və ABŞ tərəfindən təsdiqlənməlidir.

"Biz bir çox ölkələrlə əməkdaşlığa açığıq. Mən heç kimi istisna etmirəm, lakin bəzi ölkələr var ki, onların müraciətləri potensial olaraq rədd edilə bilər", - o qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm