Nida Xəbər
Azərbaycan və Türkiyə QHT-ləri arasında niyyət protokolu imzalandı
23 oktyabr 2025-ci il tarixində Bursa şəhərində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə Türkiye Perakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əks etdirən protokol imzalanıb.
Publika.az xəbər verir ki, sənədin məqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıq prinsiplərinin inkişafına dəstək verməkdir.
Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaq təhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanması kimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.
TŞİİB bu addımı Azərbaycan pərakəndə sektorunun beynəlxalq təcrübəyə inteqrasiyası istiqamətində atılmış əhəmiyyətli bir addım kimi dəyərləndirir.
Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və pərakəndə ticarətin modernləşməsinə töhfə verməyi hədəfləyir.




-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO











.jpg)























