Nida Xəbər
Şeyxülislam Roma Papası ilə görüşdü - FOTOLAR
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub.
Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkədə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.
QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəyə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.
Papa Leo isə Azərbaycana səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.
-
Hadisə16:31Radikal dindar arvadını niyə öldürdü? - Bakıdakı dəhşətli qətlin təfərrüatı
-
Qarabağ 16:20Düşmən ordumuzu dayandırmaq üçün görün hansı yollara əl atıbmış - VİDEO
-
Magazin213:53Timatinin model sevgilisi elə görüntü paylaşdı ki... - FOTO
-
Hadisə13:37Salyanda 2-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı oldu
-
MDB12:46Rusiyada genişmiqyaslı əməliyyat: Onlarla qaraçı hərbi komissarlığa aparıldı - VİDEO
-
Maraq dünyası12:15Müəmmalı nəhəng hörümçək turistə hücum etdi - FOTO
-
Qadın11:22Bugünki derbini tribunadan bu gözəllər də izləyəcək - FOTOLAR
-
Hadisə09:55Emrelinin dayısı oğlu özünü asdı - FOTO
































.jpg)





