Qoşunlar hazır vəziyyətə gətirildi - Hücum başlayır?
Bizi izləyin

Dünya

Qoşunlar hazır vəziyyətə gətirildi - Hücum başlayır?

Venesuelanın qonşusu - ada dövləti Trinidad və Tobaqo ordusu hazır vəziyyətə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə "Trinidad Express" məlumat yayıb.

Qərar Müdafiə Qüvvələri Qərargahının iclasından sonra qəbul edilib. Ada dövlətinin əsgərlərinə verilən bir məktubda bunun təlim olmadığı vurğulanıb.

Qoşunlara məzuniyyətdən geri çağırılma ehtimalı barədə də xəbərdarlıq edilib.

Nəşr bu addımı ABŞ-nin Venesuelaya qarşı mümkün hərbi əməliyyatı ilə əlaqələndirir.

Xatırladaq ki, "Miami Herald" qəzeti ABŞ-nin yaxın saatlarda və ya günlərdə Venesueladakı hədəflərə hava hücumları etməyi planlaşdırdığını bildirib. Ancaq ABŞ Prezidenti Donald Tramp bu iddianı təkzib edib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm