Qarabağ
XTQ zabiti: Düşmən Şuşanı geri qaytarmağa cəhd edirdi
Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsində düşmənin nəzarətində olan yüksəkliklərin azad edilməsi uğrunda və Kəlbəcər istiqamətində döyüşlərə başladım. Mənim rəhbərlik etdiyim bölmənin birinci tapşırığı Murovdağ silsiləsində düşmənin nəzarətində olan yüksəkliklərin təmizlənməsi idi. Əməliyyat uğurla tamamlandıqdan sonra oktyabrın 2-də istiqaməti dəyişərək Füzuli, daha sonra Cəbrayıl, Xocavənd (Hadrut) və Şuşanın azad edilməsi uğrunda hərbi əməliyyatlara qoşulduq. Noyabrın 2-də Şuşa istiqamətində gedən qızğın döyüş zamanı qapalı kəllə-beyin travması alsam da, ilkin tibbi yardımdan sonra mübarizəyə davam etdim. Çünki qarşımda çox ciddi bir tapşırıq var idi: bir dəstə ilə Laçın istiqamətindən Şuşaya düşmənin hücumunun qarşısının alınması.
Publika.az xəbər verir ki, bunu AZƏRTACA-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, ehtiyatda olan polkovnik Qoşqar Abışov deyib.
“Noyabrın 5-də təyin olunmuş qrupla Şuşadan 6-8 kilometr Laçın tərəfə hərəkət edərək düşmənin Laçından Şuşa istiqamətində gələn qüvvələrinin qarşısının alınması tapşırığını aldıq. Tapşırığa uyğun olaraq, ərazidə dəqiqləşdirmələr apardım, qrupla hərəkət edərək əraziyə uyğun mövqeləndim və hücuma keçən düşmənin qarşısını iki dəfə aldım. Düşmən tanklar, yəni zirehli texnikalar və 100 yaxın heyətlə hücuma keçirdi.
Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələr artıq Şuşaya girmişdilər. Düşmən isə Şuşanı təkrar geri qaytarmağa cəhd edirdi. Noyabrın 8-dək biz düşmənin hücumunun qarşısını qətiyyətlə aldıq. Hətta qüvvələr nisbətində sayca bizdən çox olsalar da olduğumuz mövqedən şəhərə yaxınlaşa bilmədilər. Noyabrın 8-də isə Şuşa tam təmizlənərək Ordumuzun nəzarətinə keçdi. Şuşa məğlubiyyəti erməniləri noyabrın 10-da ağ bayraq qaldırmağa məcbur etdi. Üç il sonra, yəni 2023-cü ildə antiterror əməliyyatlarında Şuşa-Xankəndi istiqamətində döyüş tapşırığını uğurla yerinə yetirərək suverenliyimizin tam bərpa edilməsi prosesinin də iştirakçısı oldum. Vətən müharibəsi və onun məntiqi yekunu olan antiterror əməliyyatları mənim Azərbaycan Ordusunda 28 illik xidmətimin şah əsərləridir. Uzun illər Vətənə xidmətimi Zəfərlə taclandırmaq mənim üçün qürurvericidir", - deyə polkovnik qeyd edib.
Qoşqar Abışov Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Qeyd edək ki, XTQ-nin zabiti Qoşqar Abışov Azərbaycan Ordusunda xidmətə 1997-ci ildə Heydər Əliyev adına Hərbi İnstituta daxil olmaqla başlayıb. 2003-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan Q.Abışov 2012-ci ildən xüsusi tapşırıqların iştirakçısı olub. 2016-cı il Aprel döyüşləri, 2020-ci il Vətən müharibəsi, 2022-ci il Azərbaycan-Ermənistan sərhəd toqquşması və 2023-cü il antiterror əməliyyatlarında döyüş tapşırıqlarını uğurla yerinə yetirən Q.Abışov dəfələrlə döyüş meydanında yaralansa da, Azərbaycan Ordusunda xidmətini davam etdirib. O, bu ildən etibarən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.
-
Dünya08:12Meksikada güclü partlayış 22 nəfərin həyatına son qoydu
-
Mətbəx08:00Yaponlar plovu belə bişirir - Dən-dən olmasının sirri
-
Sağlamlıq03:43Hansı qidalar ödem yaradır? - Belevadan XƏBƏRDARLIQ
-
Əmlak02:12Mənzil bazarında bahalaşma davam edir: Səbəb nədir ? - VİDEO
-
ABŞ01:41Dərman paketi gözləyən qadına kəsilmiş barmaqlar göndərildi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onu qaranlığın içində tapacaqsınız
-
İKT1 Noyabr 23:24"ChatGPT"yə QADAĞA QOYULDU - Belə məsləhətlər verməyəcək
-
Magazin21 Noyabr 22:36“Ölsəm, o konsertə get, Mahsun mənim üçün “Bəlalım” oxusun” - FOTO/VİDEO







































