Nida Xəbər
Rusiya Azərbaycanın notasına cavab verdi
"Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi".
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
"Əgər bu, həqiqətən də baş veribsə, təbii ki, heç kimin Azərbaycan səfirliyini atəşə tutmaq niyyəti olmayıb. Biz yalnız hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən infrastruktura, hərbi obyektlərə zərbələr endiririk. Bu, elektron müharibə və hava hücumundan müdafiə sistemləri işləyəndə də baş verə bilər. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi müəyyən izahat verməlidir ki, bunu heç kim planlaşdırmayıb”, - Çepa qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyimizin raket hücumuna məruz qalmasına etira olaraq Rusiyaya etira notası təqdim edib.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































