Nida Xəbər
Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət etdi
Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 14-də Daşkənd şəhərində yerləşən Heydər Əliyev meydanında olub.
Publika.az xəbər verir ki, rəsmilər Ümummilli Liderimizin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla anıblar. Sonra nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək burada Ulu Öndərin büstünün önünə gül dəstələri düzüb.
Nümayəndə heyətinə mərkəzin fəaliyyəti, həyata keçirilən mədəniyyət layihələri, eləcə də Azərbaycan tarixini, milli mədəni və ədəbi irsini əks etdirən guşələr barədə ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən yaradıcı kollektivlərin işləri də təqdim olunub, “Qarabağ Zəfəri” rəqs qrupu, “Xarıbülbül” teatr qrupu, rəssamlıq və Azərbaycan dili kurslarından söhbət açılıb.
Mərkəzin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən nazir bildirib ki, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzləri mədəniyyətimizin təbliği, ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm missiya daşıyır. Daşkənddəki Mədəniyyət Mərkəzi də Azərbaycan-Özbəkistan dostluğuna, qardaşlığına öz töhfəsini verir.
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı










.jpg)





























