Dünya
Avropa İttifaqı çökür: 2026-cı il üçün dəhşətli proqnoz
Avropa İttifaqı (Aİ) 2026-cı ildə iqtisadi çöküşlə üzləşəcək.
Publika.az xəbər verir ki, bu iddia ilə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev çıxış edib.
O, Almaniyanın 15 yeni atom elektrik stansiyası tikmək, Rusiya neft və təbii qazına tətbiq edilən sanksiyaları ləğv etmək, həmçinin "Şimal Axını 2" qaz kəmərinin bərpası üçün vəsait ayırmaq niyyəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Aprel axmaqlığının ironiyası ondadır ki, aşağıda təsvir olunan bütün bu addımlar əslində etiraf olunmayan, lakin Aİ-ni zəiflədən əvvəlki strateji səhvləri düzəldəcək”, - deyə Dmitriyev qeyd edib.
Rusiya rəsmisi əmindir ki, aprel ayı bir çox avropalı siyasətçini yuxudan oyadacaq. Onun sözlərinə görə, mövcud enerji böhranı ilin sonunda qaçılmaz iqtisadi kollapsa səbəb olacaq.
Adəm
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...



































