MDB
Krımda dəhşətli TƏYYARƏ QƏZASI - 29 nəfər həlak oldu
Krım yarımadası ərazisində "An-26" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğrayıb.
Publika.az MK-ya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını rəsmən təsdiqləyib.
Aviasiya qəzası nəticəsində göyərtədə olanların hamısı həlak olub: faciənin qurbanları 23 sərnişin və 6 heyət üzvü olub.
Planlaşdırılmış uçuşu həyata keçirən hava gəmisi ilə əlaqə 31 mart, çərşənbə axşamı, Bakı vaxtı ilə saat 19:00 radələrində kəsilib. Təyyarə radarlardan itdikdən dərhal sonra hadisə zonasına axtarış-xilas etmə bölmələri göndərilib.
Hərbi qurumdan dəqiqləşdirilib ki, hazırda qəza yerində hadisələrin xronologiyasını ətraflı şəkildə bərpa edəcək xüsusi komissiya işləyir. Ekspertlərin ilkin məlumatlarına görə, təyyarə xaricdən hər hansı atəşə məruz qalmayıb, bu isə baş vermiş hadisədə texniki nasazlıq versiyasını ön plana çıxarır.
"Axtarış-xilas etmə qrupu tərəfindən 'An-26' təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məlumata görə, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub".
“RİA Novosti” hadisə yerindəki mənbəyə istinadla yazıb ki, Krımda qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsi qayaya çırpılıb.
"An-26" şəxsi heyətin və kiçikölçülü yüklərin daşınması üçün nəzərdə tutulan əsas yüngül hərbi-nəqliyyat təyyarəsidir. Krım üzərində aviasiya uçuşları regionun müdafiə qabiliyyətinin təmin edilməsi üzrə planlı tədbirlər çərçivəsində həyata keçirilir. Bu qəza son vaxtlar bu tip təyyarələrin iştirakı ilə baş vermiş ən böyük insidentlərdən biri olub.
Qurumun mütəxəssisləri təyyarənin texniki sənədlərini və uçuşdan əvvəlki istismar şəraitini yoxlayırlar.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
