Nida Xəbər
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 1-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq qəbulda Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30.11.2025-ci il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni dekabrın 1-də 08:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
















.jpg)
















