Nida Xəbər
Paşinyan azərbaycanlıları Ermənistana aparır? - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Publika.az xəbər verir ki, süjetdə Baş nazir Nikol Paşinyanın bu il noyabrın 22-də dövlət qulluqçularının qarşısında çıxışı zamanı "Ermənistan yekun sülh sazişinin imzalanması üçün Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanın əsas tələbini 2026-cı ildə həyata keçirəcək" bəyanatına yer verilir.
Bildirilir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın daxili legitimliyini gücləndirmək üçün yeni Konstitusiyaya ehtiyac var və bununla bağlı referendum 2026-cı ilin iyununda baş tutacaq parlament seçkilərindən sonra keçirilməlidir: "Mövcud Konstitusiya Ermənistan vətəndaşlarına yaddır. Bu, Ermənistan üçün yeni siyasi məzmundur, yeni dövlət doktrinasıdır".
"Fakt" nəşri yazır ki, Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ABŞ-da imzalanan memorandum Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə eyni paketə daxildir: "Bu paketdə Azərbaycan və Türkiyənin quru əlaqəsi əldə etməsi, kommunikasiyanın açılması və azərbaycanlıların geri qayıdışı, Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi və Qazaxıstandan İrəvana taxıl daşınması kimi məsələlər də yer alır. Ermənistan bunun qarşılığında Zəngəzurdan (Sünik) dəhlizin verilməsi və 300 min azərbaycanlının geri qayıdışına razılaşır".
Sonda vurğulanır ki, azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi üçün ilk növbədə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə erməni Baş nazir arasında təmaslar qurulmalıdır: "Rəsmi Bakı da İrəvanı dəfələrlə buna çağırıb. Bunun yaxın gələcəkdə reallaşacağı ehtimalı yüksəkdir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
-
Qarabağ 00:30Suqovuşan yolundan eksklüziv görüntülər - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, sizə xoşbəxtlik gətirəcək
-
Hadisə27 Noyabr 23:12Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır
-
ABŞ27 Noyabr 22:12Şiddətli zəlzələ Alyaskanı SİLKƏLƏDİ
-
İdman27 Noyabr 21:36Ronaldo döyüş promosyonunun ORTAQ SAHİBİ OLDU
-
Magazin127 Noyabr 21:00“Yaxşı ana deyiləm, amma ərimə...”
-
Sosial27 Noyabr 19:20Həmin ərazidə metan qazı aşkar edildi: Yeni qərar veriləcək - FOTO
-
Sosial27 Noyabr 19:12Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

























.jpg)





_(3).jpg)






