Nida Xəbər
Xüsusi təyinatlılarımız Ankarada - FOTO
Təsdiq olunmuş illik əməkdaşlıq planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində “Qafqaz Qartalı – 2025” birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr təqdim olunub.
Təlim zamanı xüsusi təyinatlılar müxtəlif epizodlar üzrə raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqları yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək uğurla yerinə yetiriblər.
Təlimdə fərqlənən bir qrup hərbi qulluqçu xidməti vəzifələrinin icrasında göstərdiyi nümunəvi intizam və peşəkarlığa görə müvafiq mükafatlarla təltif edilib.



-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial1 Aprel 13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
















.jpg)
















