Nida Xəbər
Azərbaycan və Polşa XİN arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO
Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və bu ölkənin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Polşa nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq Məsələləri idarəsinin müdiri Justyna Chrzanovska rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Polşa Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, daxili işlər, prokurorluq, miqrasiya sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadilə aparıblar.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır

































