Nida Xəbər
Azərbaycan beynəlxalq forumda təmsil olundu
Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə heyəti qarşısında "Azərbaycanın xarici və təhlükəsizlik siyasəti" mövzusunda məruzə ilə çıxış edib.
F.Rzayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.
Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib, Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin, alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş nailiyyətlərə də yer verilib.
29 noyabrda münaqişələrlə bağlı mövzuya həsr olunmuş panel sessiyasında çıxışında nazir müavini münaqişələrin həlli və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyinə toxunub. Həmçinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, cari ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair məlumat verən F.Rzayev regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır

































