Nida Xəbər
BDU-nun bir korpusu bağlanır
BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a Bakı Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə müvafiq olaraq, bununla əlaqədar sənədləşmə işləri aparılır və proses bitmək üzrədir. Əsaslı təmirdə binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, elmi-tədqiqat laboratoriyaları yeni cihaz və qurğularla təchiz olunacaq. Binada yerləşən kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq otaqları, xüsusi müzakirə otaqları və s. yaradılacaq. Binanın bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənəcək. Auditoriyalar ən müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təzhiz olunacaq. Eyni zamanda binanın həyətyanı sahəsi və Universitetin ümumi girişi yenidən qurulacaq, abadlaşdırılacaq.
İnfrastrukturun yenilənməsi Universitetin ümumi inkişaf strategiyasının tərkib hissəsidir.
Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə maddi-texniki bazanın müasir tələblərə cavab verməsi üçün tədbirlər görülür.
Binanın əsaslı təmiri zamanı tələbələr müasir tədris prosesi üçün zəruri şəraiti olan məkanda dərslərinə davam edəcəklər. Tədrisin fasiləsizliyi təmin olunacaqdır.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































