Azərbaycanın sədrliyi ilə UNEP Daimi Nümayəndələr Komitəsinin açıq iclası işə başladı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın sədrliyi ilə UNEP Daimi Nümayəndələr Komitəsinin açıq iclası işə başladı

Azərbaycanın sədrliyi ilə UNEP Daimi Nümayəndələr Komitəsinin açıq iclası işə başladı

Dekabrın 1-dən Nayrobidə Azərbaycanın sədrliyi ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin açıq iclası öz işinə başlayıb.

Azərbaycanın Keniyadakı səfirliyindən Publika.az-a bildirilib ki, 2 ildən bir keçirilən bu iclas gələn həftə baş tutacaq BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 7-ci sessiyasında qəbul olunacaq qərar və qətnamə layihələrinin müzakirəsi və razılaşdırılması üçün 5 gün davam edəcək.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev cari ilin iyununda ilk dəfə UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədri vəzifəsinə seçilib. UNEP Daimi Nümayəndələr Komitəsi ətraf mühit məsələləri üzrə dünya əhəmiyyətli prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu UNEA-nın daimi fəaliyyət göstərən orqanıdır. UNEA-nın 7-ci sessiyasında 5000 nəfərə yaxın nümayəndənin və 60-dan çox nazir səviyyəsində nümayəndə heyəti başçısının iştirakı gözlənilir. Azərbaycan bu sədrliyi çərçivəsində UNEA-nın 7-ci sessiyasının prezidenti Oman Sultanlığı ilə birlikdə əlaqədar proseslərə öz töhfəsini verir.

2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik inkişaf edir. Həmçinin UNEP-in 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə (WED2026) Azərbaycan ev sahibliyi edəcək. Eyni zamanda, 2026-cı il mayın 17-22-də ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da (WUF13) iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri əsas mövzulardan olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm