Nida Xəbər
Gələn il Azərbaycanda bu idman üzrə dünya çempionatı keçirilə bilər
Yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI dünya çempionatı və qadınlar arasında XII dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək üçgünlük konfransda geniş məsələlərin müzakirəsi və böyük işlərin görülməsi nəzərdə tutulur: "Biz həmçinin yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının keçirilməsi planlaşdırılan idman bazasına baş çəkəcəyik. Hazırda beynəlxalq federasiyanı üç qitədən 35 ölkə təmsil edir. Çempionatların keçirilmə coğrafiyası genişlənir. Biz hələ də kişilər və qadınlar arasında son dünya çempionatlarının keçirildiyi Ər-Riyadın təəssüratı altındayıq və artıq gələn il Azərbaycanda keçirilə biləcək mümkün yarışlar barədə danışmağa başlayırıq".
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































