Nida Xəbər
Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazması diqqət çəkib.
Publika.az xəbər verir ki, nazir “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma rəy yazıb.
“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”, - deyə E. Əmrullayev bildirib.
Nazir şərhlə yanaşı, onun adının “tag” olunduğu mesajları da cavabsız qoymayıb. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri bunun heç də fəxr ediləsi hal olmadığını deyib: “İnsan ömrü yollarda heç olur, qaranlıqda yola düşür və gec qayıdır. Bu hardasa gənc qız üçün təhlükəli də ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi lazımsız əziyyətə təşəkkür edirsiniz”.
Emin Əmrullayev isə belə cavab verib: “Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik? Necə gəldiniz bu nəticəyə?”
Əmrullayevin bu davranışı sosial şəbəkədə xoş qarşılanıb.
Sözügedən rəyləri təqdim edirik:(“Qafqazinfo”)


-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































