Nida Xəbər
Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - FOTO/VİDEO
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistanın fövqəladə hallar naziri general-mayor Botir Kudratxocayevlə görüşüb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.
Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.
Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Nazir B.Kudratxocayev strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydasından danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Planı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.
Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olub.
Qeyd edək ki, səfər çərçivəsində Özbəkistan naziri FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.
-
Hadisə18:20Ağdərə sakini mal-qara otararkən minaya düşdü
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək - VİDEO





















.jpg)














