Nida Xəbər
Azərbaycan və Macarıstanın hərbi tibb sahəsində əməkdaşlığı müzakirə olundu
Azərbaycan Müdafiə Nazirliyi ilə Macarıstan Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub. Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.
Daha sonra tərəflər arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.
Görüşdən sonra Macarıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olublar.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































