Nida Xəbər
Ceyhun Bayramov norveçli həmkarı ilə görüşdü - FOTO
Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Norveç ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib, siyasi dialoqun davamlılığının təmin edilməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Ermənistan ilə normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































