Nida Xəbər
Sahibə Qafarova Abbas Əraqçi ilə görüşdü
Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın dekabrın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə qeyd olunub.
Bildirilib ki, iki ölkə arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir.
Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.
Abbas Əraqçi isə İranın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirdi. O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq



































