Nida Xəbər
İnterpolun axtardığı şəxs Azərbaycana ekstradisiya edildi - Qətldə şübhəli bilinir
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, bu gün (dekabrın 10) İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə cinayətini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) törətməkdə ittiham edilmiş Ukrayna vətəndaşı Samik Babayevin yeri Almaniya Federativ Respublikasında müəyyən olunub və o, həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunub. S.Babayev Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
-
Region12:21İranda etirazçılar lazerlərlə belə hədəfə alınırlar - VİDEO
-
MDB12:00Peskovun cazibədar qızının Əbu-Dabidən olan paylaşımı müzakirələrə səbəb oldu - FOTOLAR
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
Maraq dünyası10:02İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU









.webp)


















.webp)








