Səhiyyə
Almaniyada yaşayan azərbaycanlı həkim yüksək vəzifəyə təyin edildi
Almaniyada süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması və bu xəstəlikdən ölüm hallarının azaldılması məqsədi ilə həyata keçirilən dövlət səviyyəli Mammoqrafiya Skrininqi Proqramı çərçivəsində yeni kadr təyinatı həyata keçirilib.
Publika.az xəbər verir ki, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim tibb elmləri namizədi Dr. Orxan Səfərov sözügedən proqram üzrə vəzifə alıb. O, 2026-ci ilin yanvarın 1-dən "Programmverantwortlicher Arzt" (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyin olunub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, azərbaycanlı həkim Bonn – Euskirchen – Rhein-Sieg skrininq bölgəsi üzrə fəaliyyət göstərəcək. Bu bölgə Almaniyanın ən iri skrininq ərazilərindən biri hesab olunur. Regionun ümumi əhali sayı təxminən 1,09 milyon nəfər, mammoqrafiya skrininqində iştirak hüququ olan qadınların sayı isə təxminən 205 min nəfərdir.
Qeyd edək ki, Mammoqrafiya Skrininqi Proqramı çərçivəsində 50–75 yaş arası qadınlar iki ildən bir pulsuz skrininq mammoqrafiyası müayinəsindən keçirlər. Proqramın əsas məqsədi süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə başlanılması və xəstəlikdən ölüm hallarının minimuma endirilməsidir.
"Programmverantwortlicher Arzt" (PVA – proqram üzrə məsul həkim) skrininq proqramının tibbi və təşkilati icrasına cavabdeh olan əsas həkimdir. Onun vəzifələrinə müayinələrin keyfiyyətinə nəzarət, görüntülərin iki müstəqil həkim tərəfindən qiymətləndirilməsinin təmin edilməsi və zəruri hallarda əlavə diaqnostik tədbirlərlə bağlı qərarların qəbul edilməsi daxildir.
Bu təyinat Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin beynəlxalq səhiyyə sistemində artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































