Nida Xəbər
"Paysis"in tutulan rəhbərinin əmlakına həbs qoyuldu
Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan "Paysis" MMC-nin rəhbərinin əmlaklarına həbs qoyulub. MMC-nin rəhbəri həbsdə olan Samir Nəsibovdur.
Publika.az APA-ya istinadən xəbər verir ki, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.
Samir Nəsibovun bir sıra əmlakları üzərinə həbs qoyulub.
Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Dekabrın 2-də keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə



































