Nida Xəbər
İlham Əliyevin adından saxta açıqlama yayıldı
"Facebook" sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından "deepfake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib.
Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.
"Son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına "Facebook" platformasında tez-tez rast gəlinir. Bununla əlaqədər olaraq "Facebook" platformasının sahibi "Meta" şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - deyə MEDİA-nın məlumatında qeyd olunub.
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc4 Mart 19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ4 Mart 19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset











.jpg)
.jpg)

















.jpg)





