Suriyada bu həqiqət illər sonra ortaya çıxdı: Əmri şəxsən Əsəd verib
Bizi izləyin

Dünya

Suriyada bu həqiqət illər sonra ortaya çıxdı: Əmri şəxsən Əsəd verib

Suriyada kimyəvi silahdan istifadə əmri şəxsən keçmiş prezident Bəşər Əsəd tərəfindən verilib.

Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Telekanal Əsəd rejiminin fəaliyyətlərini araşdıraraq, "Əsəd rejiminin sızıntıları: Böyük çat" başlığı ilə bəzi səs yazıları, sızdırılmış məlumatlar, sənədlər və oğurlanmış hesabları ifşa edib.

Faylda rejimin simalarından biri olan general-mayor Bəssam Əl-Həsənin telefon danışıqlarının qeydləri yer alıb. Məlumata görə, səs yazılarında kimyəvi silahdan istifadə əmrinin şəxsən Bəşər Əsəd tərəfindən verildiyi təsdiqlənib. Buna görə də Bassam Əl-Həsən bu əmri kimyəvi silah bölməsinin rəisi, briqada generalı Qassan Abbasa çatdırıb.

Fayla gizli hərbi ittifaqlarla bağlı sənədlər və rejimin aparıcı şəxsləri arasında müzakirələr də daxildir. Həmçinin qeyd edilib ki, İran və Rusiya tərəfləri ilə ittifaqlar və rejim qüvvələrinin Suriyanın sahil ərazilərinə qayıtması cəhdləri də sənədləşdirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm