Nida Xəbər
Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul etdi
23 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.
XİN-dən Publika.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
Nazir müavini Vahid Cəlalzadə İranda son gərginlik və hazırki vəziyyət barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov öz növbəsində İranda sabitliyə önəm verdiyimizi vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə Prezidentləri arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.
İki ölkə arasında nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...








.jpg)











.jpg)













