Hərbiyə yararsızlıqla bağlı mühüm AÇIQLAMA: Elə hallar olur ki...
Bizi izləyin

Nida Xəbər

Hərbiyə yararsızlıqla bağlı mühüm AÇIQLAMA: Elə hallar olur ki...

“Hərbi xidmətə çağırışçıların təkrar müayinəsi zamanı elə hallar olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyalarının qərarları Agentlik tərəfindən təsdiqlənmir”.

Publika.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib.

“Bəzən də həmin qurum tərəfindən verilən yararsızlıq qərarı Agentliyimiz tərəfindən dəyişdirilir. Bu, mümkün haldır və hazırda da belə hallar müşahidə oluna bilər. Təbii ki, arzuolunmaz haldır. Bəzi yerlərdə, xüsusən regionlarda yetəri qədər tibbi məlumatların və avadanlıqların olmaması səbəbindən bu hallar baş verə bilər. Biz Agentlikdə əyani şəkildə və sənədlər əsasında yoxlama aparırıq”, - o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm