Nida Xəbər
Azərbaycanda hazırda 7 icra başçısı vəzifəsi boşdur - SİYAHI
Hazırda Azərbaycanda 7 rayon və şəhərdə icra başçısı vəzifəsi boşdur.
Publika.az xəbər verir ki, bunlar Bakı şəhərinin Nəsimi və Qaradağ rayonları, Naftalan şəhəri, Naxçıvan şəhəri, Gədəbəy və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.
Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov ötən ilin dekabrın 29-da vəzifəsindən azad edilib. Yeni vəzifə verilməyib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il yanvar ayının 30-da işdən çıxarılıb. Yeni işə təyinat almayıb.
Gədəbəyin rəhbəri Orxan Mürsəlov ötən il noyabr ayının 12-də vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə O. Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ötən il noyabr ayının 12-də vəzifəsindən azad edilib. O, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev fevralın 9-da vəzifəsindən azad edilib. O. Muxtar respublikanın Baş naziri təyin olunub.
2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. Başqa vəzifə verilməyib.
Ağdərə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.(“Yeni Sabah”)
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək

































.jpg)



