Nida Xəbər
XİN məlumat yaydı
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə 31 şirkətin rəhbər şəxsləri və nümayəndələri daxildir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar, ölkələrimiz arasında enerji, ticarət, nəqliyyat, logistika, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, bir sıra əhəmiyyətli sahələrdə iqtisadi sərmayə kimi istiqamətlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, planlar və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Ötən ilin 8 avqust tarixində Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, imzalanacaq Xartiyanın münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?













.png)


.jpg)

















.jpg)



