Nida Xəbər
Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır - Qafarov
“Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil, dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu.”
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının qorunması fəlsəfəsinə əsaslandığını göstərdi. “Azərbaycan Prezidenti çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə təbriklə başlaması təsadüfi deyildi. O, dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma, əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də diqqətçəkəndir. Dövlət başçısı Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclü siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış.”
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt olduğunu göstərir: “Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə, Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada müstəqil mövqenin əsas təminatıdır”.
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?
-
Region11:18Paşinyan mayın 28-də parad keçirəcək: Məqsədi nədir?
-
Nida Xəbər 11:03Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
-
Region10:30Azərbaycanın sərhədlərini güdən Aİ Missiyasının Ermənistandakı yeni rəhbəri kimdir?
-
Dünya10:00Elçi şad xəbərlə qayıtdı: Ukrayna və Rusiya razılaşdı
-
İdman09:24"Qəbələ"nin haqqını yeyən “Sabah”ın prezidenti ilə bağlı iddia: Hakimlərə təzyiq edir?
-
MDB09:12Yeni qanun: Bahalı evlərə, lüks avtomobillərə bu qədər əlavə vergi tətbiq olunacaq
-
Gözəllik09:00Dağ xəstəliyi "Kainat Gözəli"ni səhnədə diz çökdürdü























.jpg)




.jpg)








