Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur - Ərdoğan
Bizi izləyin

Dünya

Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur - Ərdoğan

Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur - Ərdoğan

Dəməşəq və Beyrut İstanbulun iki qardaş şəhəridir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"də bildirib.

Onun sözlərinə görə, Türkiyənin təhlükəsizliyi təkcə Hataydan deyil, Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır. Ərdoğan bildirib ki, Türkiyə bu şəhərlərə qarşı həyata keçirilən heç bir hücuma göz yummur.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın hücum edəcəyi təqdirdə Livanın paytaxtı Beyrut və qruplaşmanın digər məntəqələrdəki obyektlərinə zərbə endirəcəyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm