Nida Xəbər
Qurbanovun ardınca o gedəcək: Yerinə nazir müavini gətirilir
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.
TƏBİB necə idarə olunur?
Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb. Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.
Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
- Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini
- Agentliyin İdarə Heyəti sədrinin müavini
- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.
Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə Heyətində də dəyişiklik gözləniləndir.
Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək.
Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininin gətiriləcəyi bildirilir.
Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər:
- TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi
- İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi.
Nə dəyişəcək?
Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.
Əgər planlaşdırılan birləşmələr reallaşarsa:
- TƏBİB müstəqil qurum statusunu itirə bilər
- qərarvermə birbaşa nazirliklərə keçəcək
- icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək.
Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.
-
ABŞ02:19İranın 10 bəndlik planı zibil qutusuna atıldı - ABŞ
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məlumatlar üzə çıxacaq
-
Nida Təhlil 8 Aprel 23:55Hörmüzdə strateji oyun: İran əsas rıçağını saxlaya biləcəkmi?
-
İqtisadi gündəm8 Aprel 20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region8 Aprel 19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə8 Aprel 18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal8 Aprel 18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya8 Aprel 16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...










.jpg)























