Nida Xəbər
TƏBİB ləğv oluna bilər - İDDİA
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov fevralın 16-da vəzifəsindən azad edilib.
Onun barəsində həbs qərarının veriləcəyi ilə bağlı iddialar da mediada yer almaqdadır.
Bununla yanaşı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ləğv ediləcəyi ilə bağlı məlumatlar da gündəmə gəlib.
Publika.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, qurumun gələcək taleyi ilə bağlı müxtəlif ssenarilər hökumət səviyyəsində müzakirə olunur.
Mənbə TƏBİB-in fəaliyyətində yaranmış sistem problemləri, icra mexanizmlərindəki uyğunsuzluqlar və idarəetmə çətinliklərinin ləğv variantını aktuallaşdırdığını bildirir. Yer alan iddiada TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi deyilir.
Bununla belə, qurumun taleyi ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu











.jpg)





.jpg)




















