Nida Xəbər
Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı iradına Rusiyadan cavab: Mane olmuruq, əksinə...
Rusiya dəmir yolu operatoru Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onları yaradır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan baş nazirinin açıqlamalarını şərh edərkən və “Sputnik Ermənistan”ın sualını cavablandırarkən bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Rusiyanın dəmir yolu konsessiyasını Yerevan və Moskvaya dost ölkəyə satmasını təklif etmişdi. Baş nazir hesab edir ki, Rusiyanın bir sıra ölkələrlə gərgin münasibətləri nəzərə alınmaqla, Ermənistan dəmir yolu üzərində nəzarəti onun rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Zaxarovanın sözlərinə görə, Paşinyanın açıqlamaları qəribədir və qəbuledilməzdir.
Zaxarova bildirib ki, "Rusiya bütün nəqliyyat və iqtisadi əlaqələrin blokadasının aradan qaldırılmasını ardıcıl olaraq müdafiə edir:
“Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində buna nail olmaq üçün çox iş görülüb".
O qeyd edib ki, Ermənistan dəmir yolu şəbəkəsi 20 ildən çoxdur ki, "Cənubi Qafqaz Dəmir Yolları" QSC tərəfindən idarə olunur.
“Bu müddət ərzində o, nəinki konsessiya müqaviləsinin bütün şərtlərini ardıcıl olaraq yerinə yetirib, həm də infrastruktura və dəmir yolu nəqliyyatına xeyli vəsait yatırıb ki, başa düşdüyüm qədəri ilə hələ xərcini çıxartmayıb. Rusiya operatoru respublikanı rəqabət üstünlüklərindən məhrum etməyən, əksinə onları yaradan bir strukturdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Zaxarovanın sözlərinə görə, Ermənistanı Türkiyə və Azərbaycanla birləşdirən dəmir yolunun iki hissəsinin bərpası ilə bağlı Rusiyanın mövqeyi Yerevanın xahişi ilə fevralın 12-də Baş nazirin müavini Aleksey Overçuk tərəfindən bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmir yolu hissələrinin bərpası ilə bağlı danışıqlara başlayacağını açıqlamışdı.
Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevral ayında daha 10 il uzatmaq hüququ ilə 30 il müddətinə Cənubi Qafqaz Dəmir Yollarının konsessiya idarəçiliyinə verilib.
Tural
-
Rəsmi xronika17:34Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
-
Sağlamlıq17:06Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
-
Sosial15:12Azərbaycanda məktəblinin geyim forması: Valideynlər bunu etməyə borcludurlar
-
Nida Xəbər 14:31İran bu mövzuda ABŞ-a güzəştə gedir - Üçüncü ölkəyə təhvil veriləcək
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?
-
Region11:18Paşinyan mayın 28-də parad keçirəcək: Məqsədi nədir?





















.jpg)















