Nida Xəbər
İraq Prezidenti WUF13-ə dəvət olundu
İraq Prezidenti Nizar Abidi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Eldar Səlimov təqdim edib.
Görüşdə, həmçinin Azərbaycan və İraq dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub. Səfir E.Səlimov Nizar Abidinin İraq Prezidenti seçilməsi münasibətilə Azərbaycanın dövlət başçısının təbrik məktubunu təqdim edib.
Təbrikə görə minnətdarlığını ifadə edən Nizar Abidi ölkəmizin həm pandemiya (COVID-19) dövründə İraqa etdiyi yardıma, həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı










.jpg)













.jpg)













