Dünya
"Google"dan Ontario gölü ilə bağlı qərar: ABŞ-da bir, Kanadada isə başqa ad
“Google” korporasiyası xəritə xidmətində Ontario gölünün adını ABŞ-dakı istifadəçilər üçün “Amerika gölü” olaraq dəyişdirib.
Publika.az xəbər verir ki, bu barədə “Sky News” şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ-dakı “Google Maps” istifadəçiləri gölü “Amerika gölü”, Kanadadakı istifadəçilər isə “Ontario gölü” adı ilə görəcəklər. ABŞ və Kanadadan kənarda olan istifadəçilərə isə hər iki ad göstəriləcək.
“Google” qərarı ABŞ hökumətinin coğrafi adlar sistemində gölün adının rəsmi şəkildə dəyişdirilməsi ilə əlaqələndirib. Şirkət həmçinin su hövzələrinin yerləşdiyi ölkələrdə rəsmi şəkildə istifadə olunan adların tətbiq edilməsi siyasətinə uyğun hərəkət etdiyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 27-də “TikTok”da paylaşdığı videoda Ontario gölünün adını şəxsən “Amerika gölü” olaraq dəyişdirdiyini nümayiş etdirmişdi. Tramp əvvəlki adla coğrafi obyektin artıq mövcud olmadığını bildirərək insanları yeni ada alışmağa çağırmışdı.
Kanadanın baş naziri Mark Karni isə buna cavab olaraq Ontario gölünün adının dəyişməyəcəyini açıqlamışdı.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...













.jpg)









.jpg)





.jpg)








.jpg)