İqtisadi gündəm
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Azərbaycanda əhalinin banklardakı əmanətləri son bir ildə 15,8 faiz artaraq 17,9 milyard manata çatıb.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov paylaşım edib.
İqtisadçı bildirib ki, əhalinin banklardakı əmanətlərinin artmasının üç əsas səbəbi ola bilər. Onun sözlərinə görə, bu səbəblər gəlirlərin artması, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, eləcə də vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur.
E.Əmirov qeyd edib ki, DSK-nın məlumatına əsasən, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8 faiz artıb. O nəzərə çatdırıb ki, əmanətlərin 15,8 faiz artmasını yalnız əhali gəlirlərinin yüksəlməsi ilə izah etmək olmaz:
“Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır”.

İqtisadçı digər maraqlı göstəricinin maliyyə təşkilatlarının depozitlərinin 41,8 faiz artaraq 4,36 milyard manata çatması olduğunu bildirib.
Onun sözlərinə görə, bunun da üç əsas səbəbi ola bilər. Əmirov vurğulayıb ki, bunlar maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi və maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır.
E.Əmirov eyni zamanda qeyri-maliyyə təşkilatlarının depozitlərinin 4,3 faiz azaldığını qeyd edib. O bildirib ki, nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər.
İqtisadçının sözlərinə görə, bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər.
Əmirov konkret səbəbləri müəyyən etmək üçün depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmağın vacib olduğunu nəzərə çatdırıb.
İqtisadçı vurğulayıb ki, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir. O bildirib ki, bu, eyni zamanda bankların kredit vermək üçün resurs bazasını genişləndirir.
E.Əmirov digər tərəfdən əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsinin alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyini də göstərə biləcəyini qeyd edib.
O, sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdud olduğunu da vurğulayıb.
Müəllif: Adəm Abbaslı
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı








.jpg)
















.jpg)



.jpg)









