Nida Xəbər
Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Sahibə Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla təşkil edildiyini bildirib.
Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb. Öz növbəsində, Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı









.jpg)








.jpg)




.jpg)



.jpg)









