Nida Xəbər
Azərbaycan və Çinin prokurorluq orqanları arasında anlaşma memorandumu imzalandı - YENİLƏNDİ
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, sənəd Bakıda səfərdə olan Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında keçirilən görüş çərçivəsində imzalanıb.
Memorandum Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini və hüquqi sahədə əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Sənədin imzalanması iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək.
xxx
Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında görüş keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, görüşdə Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən hüquqi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı








.jpg)



.jpg)










.jpg)


.jpg)













