Nida Xəbər
Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib.
"Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur. Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir.
Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.
Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin, ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı









.jpg)








.jpg)




.jpg)



.jpg)









