Nida Xəbər
Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparıldı
Santyaqo şəhərində Azərbaycan və Çili Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin II raundu keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, məsləhətləşmələr mayın 6-7-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çiliyə səfəri çərçivəsində baş tutub.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çili tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Patrisio Torres başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.
Yekunda tərəflər arasında ADA Universiteti ilə Çilinin "Andres Bello" Diplomatik Akademiyası arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Çili xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Paula Estevez Vaynştayn ilə görüşüb. Aparılmış müzakirələr zamanı tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi imkanlarına bir daha nəzər yetirərək, bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinin vacib olduğunu bildiriblər.
Azərbaycandan olan nümayəndə heyəti həmçinin Çili Milli Konqresi Senatının vitse-prezidenti (sədr müavini) İvan Moreira və Çili Milli Konqresi Senatının Xarici Əlaqələr Komissiyasının prezidenti Manuel Xose Ossandon, Çili Milli Konqresi Senatında Parlamentlərarası dostluq qrupunun yeni sədri, senator Roxo Edvards, Dostluq Qrupunun yeni üzvləri ilə görüşlər keçiriblər.
Aparılmış müzakirələr zamanı iki ölkə arasında parlament diplomatiyasının təşviqi, bu çərçivədə ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafına qarşılıqlı dəstək ifadə olunub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən "Andres Bello" Diplomatik Akademiyasında "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimat edilib.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı









.jpg)








.jpg)




.jpg)



.jpg)









