Nida Xəbər
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, “Azərbaycan Hava Yollar”QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.
Artıq üçüncü ildir təşkil olunan səfərin ilk günündə nümayəndə heyəti “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Troya Atı Muzeyi”, “Dəniz Muzeyi” və “Seyit Onbaşı Abidəsi”ni ziyarət edib.
Şəhid ailələri bu tarixi məkanlarda həlak olanların xatirəsini ehtiramla yad edərək dualar oxuyub, həmçinin Çanaqqalada yerləşən və azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər.
Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailə üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyəti şəhərdəki “Atatürk Abidəsi”, “Zəfər Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi” və “Nusret Mayın Gəmisi”ni ziyarət edib.
Səfər çərçivəsində Çanaqqalada yaşayan şəhid ailələri, Qazilər Dərnəyi, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfərin növbəti mərhələsində nümayəndə heyəti İstanbul şəhərinə yollanıb. Şəhid ailələri burada Türkiyənin tarixi və mənəvi irsini əks etdirən mühüm məkanları ziyarət ediblər. Nümayəndə heyəti “Ayasofya” məscidi, “Sultan Əhməd” məscidi və “Eyüp Sultan” məscidində olub, dualar edib və ortaq mənəvi dəyərləri ehtiramla yad ediblər. Daha sonra “Topqapı Sarayı” və “Qapalı Çarşı” ilə tanış olan şəhid ailələri İstanbulun zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində İstanbul şəhərində Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri Derneği nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, iki qardaş ölkə arasında əməkdaşlıq imkanları və ortaq layihələrin gələcəkdə davam etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, beşgünlük səfər çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan məkanları ziyarət edib, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanların xatirəsini yad ediblər. Layihə iki qardaş xalq arasında mənəvi birliyin, qarşılıqlı dəstək və həmrəyliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız


























.png)























