Nida Xəbər
Baş nazirdən yeni qərar
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
2025-ci ilin may ayında “İcra haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin icrasını təmin edən bu qərar icra işlərinin aparılmasında bir sıra mühüm yenilikləri nəzərdə tutur.
Qərara əsasən tətbiq ediləcək əsas yeniliklər aşağıdakılardır:
Bundan sonra icra hərəkətlərinə dair rəsmi bildirişlər borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə SMS vasitəsilə göndəriləcək. Bu, tərəflərin vaxtında məlumatlandırılmasını və icra prosesinin operativliyini təmin edəcək.
İcra sənədləri üzrə tələblər borclunun təkcə banklarda deyil, həm də elektron pul təşkilatlarında olan vəsaitlərinə yönəldiləcək. İcra məmurunun qərarı sistem vasitəsilə dərhal banklara və elektron ödəniş sistemlərinə ötürüləcək, icranın nəticələri barədə məlumat isə avtomatik geri qaytarılacaq.
Borclu fiziki şəxslərin, habelə borclu hüquqi şəxslərin icra orqanı rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadları və onların ləğvi barədə məlumatlar sistemdə dəqiq qeydiyyata alınacaq və aidiyyəti qurumlar arasında operativ mübadilə ediləcək.
Özünün informasiya sistemi olmayan dövlət orqanları və bələdiyyələr üçün “Elektron icra” sistemində xüsusi elektron kabinetlər yaradılacaq. Bu qurumlar icra sənədlərini həmin kabinetlər vasitəsilə birbaşa sistemə yerləşdirərək icraya yönəldə biləcəklər.
Qərarda “yerli özünüidarəetmə orqanları” ifadəsi “bələdiyyələr”lə əvəz edilib, həmçinin borclu hüquqi şəxslərin rəhbərlərinin məsuliyyəti və bank hesabları ilə bağlı nəzarət mexanizmləri konkretləşdirilib.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı









.jpg)








.jpg)




.jpg)



.jpg)









